“Kirayədə yaşayıram, qızıllarımı satıb dolanıram” – Firuzə İbadova
Əməkdar artist Firuzə İbadova evini satıb.
Tacxeber.com xəbər verir ki, bu haqda müğənni “Həftənin qonağı” proqramında deyib. İfaçı bir ildən çoxdur kirayədə yaşadığını söyləyib:
“1 il 2 aydır kirayədə qalıram. Pandemiyada evimi satdım. İpotekada idi, hər şey dayandı, ödəyə bilmədim. Xoşluqla şirkətə gəldim, dedim pulunuzu çıxın, mənim haqqımı verin. Düşündüm gedib ona uyğun ev alaram. Amma pandemiya uzandı, anam dünyasını dəyişdi. Anama 60 gün yas verdim. Bahalı evdə qalıram, amma 500 manat alırlar. Çətinliklə ödəyirəm. Toya çox getmirəm”.
Qızı Hülyadan söz açan F.İbadova bildirib ki, övladı həyat yoldaşından ayrılıb və onunla yaşayır: