• 23 Oktyabr 2024 05:36

Məşqçi: Bizi “Qarabağ” çox çətin qarşılaşma gözləyir

 

Bizi çox çətin qarşılaşma gözləyir. İlk matçdakı nəticə də bunu göstərir.

 

Tacxeber.com report-a istinadla xəbər verir ki, bunu Cəbəllütariqun “Linkoln” komandasının baş məşqçisi Xavi Munyos deyib.

 

O, Ağdam təmsilçisinin güclü tərəflərinin çox olduğunu bildirib:

 

“Qarabağ”ın güclü tərəfləri çoxdur. Hamılıqla hücumda, müdafiədə iştirak edirlər. Keçən il də avrokuboklarda çox uğurlu mövsüm keçirdilər. Yalnız onları “Bayer 04” 90+7-ci dəqiqədə mübarizədən kənarlaşdıra bildi. “Qarabağ” ötən mövsümkü heyəti saxlaya bilib”.

 

“Qarabağ” – “Linkoln” görüşü iyulun 30-u, saat 20:00-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Bu komandalar arasında Cəbəllütariqdə baş tutan ilk matç Ağdam klubunun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Tacxeber.com

Oxşar xəbərlər