• 20 Sentyabr 2024 14:46

“Qarabağa, Liviyaya necə girdiksə, eyni şeyi onlar üçün də edərik” – Ərdoğan

Müdafiə sənayesində idxal və ixracımız nə idi? Haradan-haraya gəldik, amma bunların heç biri bizi aldatmasın. Biz çox güclü olmalıyıq ki, İsrail Fələstinə bunları etməsin”.

 

 Bunu Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan partiyasının (Ədalət və İnkişaf Partiyası – AKP) Rize Təşkilatının iclasında deyib.

“Biz Qarabağa, Liviyaya necə girdiksə, eyni şeyi onlar üçün də edərik. Etməməyimizə mane olan heç nə yoxdur. Sadəcə olaraq güclü olmalıyıq ki, biz bu addımları ata bilək”, – Ərdoğan bildirib.

 

Ərdoğan, həmçinin Fələstin lideri Mahmud Abbası Türkiyəyə dəvət etdiklərini, lakin onun müsbət cavab vermədiyini qeyd edib.

“Növbəti prosesi buna uyğun həyata keçirəcəyik”, – Ərdoğan əlavə edib.

Tacxeber.com

Oxşar xəbərlər