• 23 Noyabr 2024 11:09

“Bundan sonra Ağadadaş yerini bilsin” – Xalq artisti

 

“Ağadadaş olanları səmimi etiraf edib, buna görə ona təşəkkür edirəm. Bizim manıs mühiti süzülməyə, ələnməyə ehtiyacı olan çox qarmaqarışıq mühitdir. Yaxşılar pisin, pislər də yaxşıların içində məhv olub gediblər. Cəmiyyətdə ümumiyyətlə, o mühitə nifrət dolu bir münasibət formalaşıb. O adamlar bir ağızdan Ağadadaşı müdafiə etsəydilər, hadisə bu yerə çatmayacaqdı”. 

 

Bunu Xalq artisti Şeyx Əbdül Mahmudbəyov Bakupost.az -a açıqlamasında deyib.

 

O, xalqdan üzr istədiyinə görə Ağdadaş Ağayevə təşəkkür edib:

 

“Ağadadaşın əleyhinə danışanların əksəriyyəti elə onun sənətçi dostlarıdır. Mən o kamera görüntülərinə baxanda da dedim ki, bunu birtərəfli təqdim ediblər. Çünki mən kino çəkənəm, görüntülərə peşəkar yanaşmam var. Qaldı ki, mühafizəçinin işi mühafizə etməkdir, qorumaqdır, kimisə döymək deyil”.

 

Şeyx Əbdül sənət dostunun zəngini gözlədiyini deyib:

 

“Ağadadaşı salamlayıram, güman edirdim ki, mənə zəng edər, amma zəng etmədi. Zəng etsə də, etməsə də, sağ olsun. Hər halda gələcək və istintaqla bağlı ona sözüm var idi. Bundan sonra Ağadadaş məxsus olduğu cəmiyyətdə yerini də bilsin, dostlarını və düşmənlərini də tanısın”.

Tacxeber.com

Oxşar xəbərlər