• 23 Noyabr 2024 17:25

Kim Çen In üçün dərman axtarılır

Koreya Xalq Demokratik Respublikası lideri Kim Çen In üçün piylənmə ilə bağlı yüksək qan təzyiqi və şəkər xəstəliyi kimi sağlamlıq problemlərinə görə xarici ölkələrdən dərman axtarıldığı iddia edilib. 

 

Cənubi Koreya Milli Kəşfiyyat Xidməti (NIS) rəsmiləri 2021-ci ildə əhəmiyyətli dərəcədə arıqlayan Kimin yenidən kökəlməyə başladığını və səhhətinin pisləşdiyini bildiriblər.

 

Səlahiyyətlilər Kimin 30 yaşından bəri yüksək təzyiq və şəkər xəstəliyinin əlamətləri olduğunu vurğulayıblar. Hazırda təxminən 140 kiloqram ağırlığında olan Şimali Koreya liderinin bəzi xəstəliklər üçün yüksək risk qrupunda olduğunu iddia edilib.

 

Rəsmilər Şimali Koreyalıların Kim üçün xaricdən yüksək təzyiq və diabet üçün yeni dərmanlar almağa çalışdıqlarına dair kəşfiyyat məlumatı əldə etdiklərini bildiriblər.

 

2011-ci ildə hakimiyyəti ələ keçirən Kimin atası və babası ürək problemlərindən dünyasını dəyişib. (Demokrat)

Tacxeber.com

Oxşar xəbərlər