• 23 Oktyabr 2024 00:40

Qurban Qurbanov: Bu gün nizam-intizamlı, səliqəli oyun oldu

 

Bu gün nizam-intizamlı, səliqəli oyun oldu.

 

Tacxeber.com-ın məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurbanov Bakıda Cəbəllütariqin “Linkoln” kollektivini 5:0 hesabı ilə məğlub etdikləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçından sonra mətbuat konfransında deyib.

 

Mütəxəssis tribunadakı azarkeşlərin onlara əlavə motivasiya verdiyini bildirib: “Avrokuboklarda çıxış edən digər təmsilçilərimizə uğurlar arzulayıram”.

 

Qeyd edək ki, “Qarabağ” UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində “Ludoqorets” (Bolqarıstan) – “Dinamo” (Minsk, Belarus) cütünün qalibi ilə üz-üzə gələcək. İlk matçda “Ludoqorets” qələbə qazanıb – 2:0.// “Report”

Tacxeber.com

Oxşar xəbərlər