“Qazprom”un xalis zərəri artdı
Rusiyanın “Qazprom” şirkətlər qrupunun yerli mühasibat uçotu standartlarına (RAS) əsasən, 2024-cü ilin birinci yarısında xalis zərəri 480,641 milyard rubl təşkil edib.
Ötən ilin eyni dövründə zərər 255 milyard rubl təşkil etmişdi.
Bu, illik ifadədə “Qazprom”un zərərinin 2 dəfəyə yaxın artması deməkdir.
İlk yarımildə şirkətin gəliri 7 faiz artaraq 2,927 trilyon rubla çatıb. Eyni zamanda xərclər 15 faiz artıb. Nəticədə ümumi mənfəət 18 faiz azalaraq 572 milyard rubl təşkil edib.