• 24 Noyabr 2024 06:30

Haniyəyə qarşı əməliyyatı “Mossad” təşkil edib – KİV

Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyəyə qarşı sui-qəsd əməliyyatının təşkilinə İsrail kəşfiyyat xidməti “Mossad” cavabdehdir.

 

Tacxeber.com xəbər verir ki, bu barədə “Axios” portalı mənbələrə istinadla məlumat yayıb.

Bildirilib ki, kəşfiyyat xidməti Haniyənin İrana səfəri zamanı harada qalacağını öyrənib və iqamətgahındakı otağına əvvəlcədən partlayıcı qurğu yerləşdirib.

 

Mənbələr həmçinin “Axios”a bildiriblər ki, bu, “Mossad” əməkdaşlarının İran daxilində olarkən uzaqdan partlatdıqları yüksək texnologiyalı bomba olub.

Portalın məlumatına görə, İsrail öz planları barədə ABŞ və digər Qərb müttəfiqlərinə əvvəlcədən məlumat verməyib. Yalnız qətldən sonra əməliyyatın təfərrüatlarını açıqlayıb.

 

“Axios” həmçinin iddia edir ki, əməliyyatın həyata keçirilməsi ilə bağlı qərar Qəzzada girovların azad edilməsinə dair razılaşma, həmçinin atəşkəs üçün danışıqlar fonunda qəbul edilib və bu danışıqlar HƏMAS siyasi büro rəhbərinin sərt mövqeyi ilə çətinləşib.

Digər tərəfdən, “The New York Times” qəzeti də mənbələrə istinadla Haniyənin raket zərbəsi nəticəsində deyil, Tehranda qaldığı binaya təxminən iki ay əvvəl qoyulmuş bomba nəticəsində öldürüldüyünü xəbər verib.

Tacxeber.com

Oxşar xəbərlər