İsti havada çayın sərinlədici təsiri təsdiqləndi
Niyə isti havalarda çaya üstünlük veririk?
“İsti çay damar genişləndirici təsirinə görə isti havalarda sərinlənməyə kömək edəcək”.
Tacxeber.com xəbər verir ki, bunu terapevt Anastasiya Timoşenko “NEWS.ru”ya bildirib. O, vurğulayıb ki, içkiyə şəkər yox, nanə, melissa və ya çobanyastığı əlavə etmək daha yaxşıdır. Ekspert qeyd edib ki, belə bir çayı içmək sərin sudan daha təsirlidir.