Qarpızın tərkibində uşaq orqanizminin istehsal edə bilmədiyi faydalı maddə var
Böyümə dövründə uşağın orqanizmi bu amin turşusunu özbaşına istehsal edə bilməz…
Qastroenteroloq Lyudmila Suxorukova bildirib ki, qarpızların tərkibində uşaqların böyüməsi üçün əvəzolunmaz olan arginin amin turşusu var.
Tacxeber.com xəbər verir ki, “NEWS.ru”ya müsahibəsində mütəxəssis qeyd edib ki, inkişaf zamanı uşağın orqanizmi bu amin turşusunu özbaşına istehsal edə bilməz.
“Qarpızın tərkibindəki arginin uşaq qidası üçün faydalıdır. Böyümə dövründə uşağın orqanizmi bu amin turşusunu özbaşına istehsal edə bilməz. Arginin uşağın bədəninə əvvəlcə ana südü ilə, sonra isə əlavə qidalarla, xüsusən də qarpız suyu ilə daxil olur”, – Suxorukova izah edib.
Həkim qarpızın hüceyrə səviyyəsində maddələr mübadiləsinin keyfiyyətcə dəyişməsinə də töhfə verdiyini vurğulayıb. Bundan əlavə, onun sözlərinə görə, lizin kalsiumun udulmasını və damarların elastikliyini yaxşılaşdırır, treonin isə zülalın sintezinə kömək edir. O, vurğulayıb ki, onun köməyi ilə qaraciyər təmizlənir və dəri baxımlı olur.