İsrail hazırlaşır: nazirlərə xüsusi rabitə verildi
İsraildə Nazirlər Kabineti üzvlərinə müharibə və mobil rabitə çatışmazlığı halında peyk telefonları verilib.
Tacxeber.com xəbər verir ki, bu barədə İsrail mediası yazıb.
“İranın ölkəyə mümkün hücumlarına cavab olaraq hökumət nazirlərinə – təkcə kabinet üzvlərinə deyil – peyk telefonları verilib”, – nəşr bildirib.
Qeyd edilib ki, İsrail hökuməti fasiləsiz telefon xidmətini təmin etmək üçün mümkün olan hər şeyi edir.