• 20 Sentyabr 2024 06:35

“Neftçi” “Turan”ı qəbul edəcək – Premyer Liqanın bugünkü oyunları

 

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında I turun növbəti görüşləri keçiriləcək.

 

İkinci oyun günündə 2 qarşılaşma baş tutacaq.

İlk olaraq “Neftçi Arena”da “Neftçi” “Turan Tovuz”u qəbul edəcək. Paytaxt təmsilçisi baş məşqçi Roman Qriqorçukun, qonaq komanda isə Kurban Berdıyevin rəhbərliyi altında ilk rəsmi sınağına çıxacaq.

Ardınca isə Sumqayıtda şəhərin eyni adlı komandası “Kəpəz”lə üz-üzə gələcək.

 

3 avqust

18:30. “Neftçi” – “Turan Tovuz”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamranbəy Rəhimov

“Neftçi Arena”

 

20:45. “Sumqayıt” – “Kəpəz”

Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Rəhman İmami, Rauf Allahverdiyev

Mehdi Hüseynzadə adına stadion

 

Qeyd edək ki, tura sabah keçiriləcək “Sabah” – “Şamaxı” və “Zirə” – “Səbail” görüşləri ilə yekun vurulacaq.

Tacxeber.com

Oxşar xəbərlər