ABŞ İrana xəbərdarlıq etdi: İsrailə zərər vursa…
Vaşinqton İranın HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsinin intiqamının bölgədə gərginliyi artıracağı barədə Tehranı xəbərdar edib. ABŞ-la İran uzun müddətdir ki, Oman dövləti üzərindən danışıqlar aparır, müxtəlif mövzuları müzakirə edirlər. Aydındır ki, Tehran nəsə etməlidir, çünki qonağını evində öldürüblər. Ancaq Tehranın intiqamının əvvəlkilərdən çox da fərqlənməyəcəyi və İsrailə zərər vurmayacağı proqnozlaşdırılır.
Tacxeber.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin analizində bildirilib.
Qeyd edilib ki, Vaşinqton Tehranı sakitləşdirməklə yanaşı İrana qarşı yeni sanksiyalar tətbiq etməkdən də çəkinmir:
“ABŞ Maliyyə Nazirliyi iyulun 30-da İran və Çindən olan 5 fiziki və 7 hüquqi şəxsə sanksiya tətbiq edib. Bu şəxslər İranın ballistik raketləri üçün komponentlərin alınmasına yardım edənlərdir. Bununla bağlı yayımlanan məlumatda deyilib ki, sanksiya tətbiq edilən şəxslər İranın ballistik raket və pilotsuz uçuş aparatları proqramının əsas elementləri olan müxtəlif komponentlər, o cümlədən akselerometrlər və giroskoplar alıblar. ABŞ şirkətlərinə sanksiya tətbiq edilən şəxslərlə əlaqə qadağan edilib.