• 20 Sentyabr 2024 10:39

Bölgədə ara qarışdı – “Bu, Üçüncü Dünya Müharibəsinin xəbərçisidir”

Qərb təcavüzkarları sakitləşdirmək siyasətini dayandırmalıdır, çünki bu, yalnız Üçüncü Dünya Müharibəsini yaxınlaşdırır.

 

Tacxeber.com Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə britaniyalı jurnalist Ceyk Uollis Simons “The Telegraph” qəzetində dərc olunan məqaləsində yazıb.

 

Jurnalistin qəzəbinə Ağ Evin HƏMAS-ın siyasi lideri İsmayıl Haniyənin Tehranda öldürülməsindən sonra İsrail və İrana ünvanlanmış gərginliyi azaltmaq çağırışları səbəb olub. Xüsusilə, ABŞ Prezidenti Co Bayden bildirib ki, Haniyənin öldürülməsi İsrailin təhlükəsizliyinin gücləndirilməsinə kömək etməyəcək. Simonsun fikrincə, gərginliyin azaldılması üçün bu cür çağırışlar yalnız təcavüzkarların əlinə işləyir.

 

“Müharibəni ancaq dəli istəyər. Amma min illərdir biz bilirik ki, sakitləşdirmək ondan qaçmağın yolu deyil. Qərbdə nədənsə, unudublar ki, münaqişədən qaçırsansa, bu, düşmənin öz şərtləri ilə sənin yanına gəlməsi deməkdir”, – britaniyalı jurnalist vurğulayıb.

Simonsun iddiasına görə, böyük hərbi gücünə baxmayaraq, müasir Qərb döyüşmək hissini itirib. Simons qeyd edib ki, Qərb İsrailin özünümüdafiə hüququnu dəstəkləsə də, İsrail cavab verəndə onu müharibə və ya soyqırımı aparmaqda ittiham edirlər.

 

“Bir çox israillinin qulağında gərginliyin azaldılması çağırışları bıçaq üçün boynunu əymək tələbi kimi səslənir”, – məqalədə bildirilir.

Simons hesab edir ki, nəzəri cəhətdən İranın Haniyənin öldürülməsi ilə bağlı gözlənilən cavab tədbiri Üçüncü Dünya Müharibəsinin xəbərçisi ola bilər. Amma o, molla rejiminin cavabının məhdud zərbələrlə yekunlaşacağı qənaətindədir. Bununla belə, Simons İsrailin əvvəlki illərdə daha təmkinli siyasət yürütmək cəhdinin ötən il oktyabrın 7-də Qəzza zolağına hücumla necə başa çatdığını xatırladıb.

 

“Qərb gec-tez oyanmalıdır. Heç kim müharibə istəmir. Bəs müharibə sizi istəyəndə necə cavab verəcəksiniz?”, – Simons əlavə edib.

Tacxeber.com

Oxşar xəbərlər