• 20 Sentyabr 2024 09:57

Gömrükdə rüşvət hələ də qalır – Komitə sədrindən ETİRAF

 

Gömrükdə rüşvətin kökünü hələ tam kəsməmişik.

 

Tacxeber.com xəbər verir ki, bunu “Baku TV”yə müsahibəsində Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov deyib.

 

O bildirib ki, buna baxmayaraq, gömrük sistemində rüşvətə meyilli insanların sayı azalıb.

 

Sədr bəzi hallarda tərəflərin qarşılıqlı razılaşması əsasında gizli rüşvət hallarının olduğunu deyib.

 

“Bizə rüşvət amili ilə bağlı müraciət daxil olanda, onu müvafiq orqanlara göndəririk”, – Şahin Bağırov vurğulayıb.

 

O, mütəmadi olaraq korrupsiya ilə mübarizə barədə təlimatlandırma aparıldığını qeyd edib.

Tacxeber.com

Oxşar xəbərlər