İran parlamentində qapalı iclas: Kəşfiyyat qurumları sui-qəsdlə bağlı hesabat verəcək
İran parlamentində HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl haniyənin qətli ilə bağlı qapalı müzakirə aparılıb.
Tacxeber.com Didbane Iran-a istinadla xəbər verir ki, bunu İslam Şurası Məclisinin (parlament) Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının birinci katibi Yaqub Rzazadə deyib.
Onun sözlərinə görə, sui-qəsd hadisəsindən sonra müvafiq qurumların rəsmiləri, o cümlədən XİN-in Qərbi Asiya və Şimali Afrika üzrə şöbəsinin baş direktoru Şuşətri, Kəşfiyyat Polisinin rəisi Rezaiyan daxil olmaqla, hərbi qurumların iştirakı ilə mövzu araşdırılıb.