• 24 Noyabr 2024 08:22

Maduro “TikTok” və “Instagram”ı nifrət mühiti yaratmada ittihamladı

 

Venesuela prezidenti Nikolas Maduro “TikTok” və “Instagram”ı ölkədə nifrət qızışdırmaqda ittiham edib.

 

Tacxeber.com xəbər verir ki, Maduro tərəfdarları qarşısında deyib:

 

“TikTokdan soruşmaq istəyirəm ki, bu, ABŞ və Avropada belə faşist və nifrət dolu videoların nümayişinə icazə verirmi? Yox. Onlar Venesuelaya nifrət və parçalanma yoluxdurmaq istəyirlər. “TikTok” da “Instagram” kimi Venesuelaya qarşı etdiklərinə görə qanuni olaraq məsuliyyət daşıyır”.

 

Venesuela liderinin sözlərinə görə, son günlər “TikTok”da Venesuelanın hazırkı hökumətinin tərəfdarlarına qarşı zorakılıq çağırışları olan videolar geniş yayılıb.

 

İyulun 28-də Venesuelada prezident seçkiləri keçirilib. Seçicilərin 51,95%-i Maduroya, 43,18%-i isə onun əsas rəqibi Edmundo Qonzalesə səs verib.

Tacxeber.com

Oxşar xəbərlər