Netanyahudan terror aktına ilk REAKSİYA: “Hamısı ilə hesablaşacağıq”
İsrailin Baş naziri Benyamin Netanyahu bu gün ölkədə törədilən terror aktı ilə bağlı açıqlama verib.
Tacxeber.com xəbər verir ki, Baş nazir Holon terrorunun törədilməsində barmağı olan hamı ilə hesablaşacaqları barədə söz verib.
“Bu səhər Holonda ölümlə nəticələnən terror aktı törədilib. Həlak olanların ailələrinə başsağlığı verir, yaralılara şəfa diləyirəm.
Terrorçu ilə əməkdaşlıq edən hər kəslə hesablaşacağıq”, – deyə Netanyahu bildirib.
Xatırladaq ki, Holonda bir nəfər bıçaqla yoldan keçənlərə hücum edib. Hadisə nəticəsində iki nəfər ölüb, daha iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Hücum edən şəxs polis tərəfindən yerindəcə zərərsizləşdirilib.