“Rusiyanın cari ilə “maksimum” və “minimum” proqramları” – Budanov
“Rusiya tammiqyaslı hərbi təcavüz başlanandan Ukraynanın tam nəzarətə götürmək məqsədindən əl çəkməyib…”
Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü başlanandan təcavüzkar ölkənin Ukraynanı tam nəzarətə götürmək məqsədi dəyişməyib.
Bu barədə Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov bəyan edib. Məlumatı “5.ua” nəşri yayıb.
Budanov bəyan edib ki, Rusiya artıq 2024-cü il üçün özünün “maksimum” və “minimum” proqramını müəyyən edib və bu məqsədlər tammiqyaslı hərbi təcavüz başlanandan dəyişməz qalıb.
“Maksimum vəzifə Ukraynanı tam nəzarətə götürməkdir. Minumum vəzifə Donetsk və Luqansk vilayətlərinin inzibati sərhədlərinə çıxmaqdır. Bu vəzifələr bir dəfə də olsun dəyişməyib”, – Baş Kəşfiyyat İdarəsinin rəhbəri vurğulayıb.
Həmçinin o, iddia edib ki, Xarkov vilayətinin rusiyalıların nəzarətində olan ərazisinin Ukrayna müdafiəçiləri tərəfindən azad edilməsi zaman məsələsidir.
Xarkov vilayətində rusiyalı işğalçılar “bufer zonası” yaratmağa cəhd edib, lakin onlar iflasa uğrayıb. Onlar Xarkov vilayətinin işğal edilmiş ərazilərində qalıb, lakin bu, zaman məsələsidir”, – Budanov əlavə edib.
Ukraynada müharibə-cəbhədə vəziyyət
Rusiya qoşunları əsas səylərini Ukrayna bölmələrinin yanaşı mövqelərinə hücumlara yönəldib.