• 20 Sentyabr 2024 08:04

Tramp: Harris rəqabət apara bilməyəcək

 

Tramp deyib ki, Harris hakimiyyətə gəlsə, ABŞ-ın böyüklüyünü bərpa edə bilməyəcək..

 

Kamala Harris aşağı IQ səviyyəsinə görə başqa ölkələrin liderləri ilə rəqabət apara bilməyəcək.

 

Tacxeber.com xəbər verir ki, bunu ABŞ-ın sabiq prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsindəki hesabında yazıb.

 

“Kamala Harris digər ölkələrin liderləri ilə rəqabət apara bilməyən aşağı IQ-ya malik insandır. Belə adamların hakimiyyətdə olması ilə ABŞ-ın yenidən böyüklük şansı yoxdur”, – deyə Tramp yazıb.

 

O həmçinin əlavə edib ki, Harris də partiya üzvü prezident Co Bayden kimi iki cümləni dalbadal deyə bilməyəcək.

Tacxeber.com

Oxşar xəbərlər