Xocalı soyqırımının şahidi Dürdanə Ağayeva vəfat etdi
Xocalı soyqırımı zamanı səkkiz gün erməni girovluğunda qalmış Dürdanə Ağayeva vəfat edib.
Tacxeber.com Report-a istinadən xəbər verir ki, D. Ağayeva uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Qeyd edək ki, 1972-ci ildə Xocalıda anadan olan Dürdanə Ağayeva soyqırım zamanı ermənilər tərəfindən girov götürülüb, 8 gün erməni girovluğunda qalıb. Milli Qəhrəman Allahverdi Bağırov tərəfindən yanacaq qarşılığında əsirlikdən azad edilən 60 qadının içərisində Dürdanə Ağayeva da olub.