• 24 Noyabr 2024 20:28

Georgi Dermençiyev: “Futbolçumuzun ayağı iki tərəfdən sındı”

Ludoqorets” Çempionlar Liqası III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Bakıda “Qarabağ”ı 2:1 hesabı ilə məğlub edib.

 

Bolqarıstan təmsilçisinin baş məşqçisi Georgi Dermençiyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

 

– Bu mövsüm avrokuboklarda birinci oyunları udub, ikinci matçları uduzursuz. Bu, sizi qorxutmurki?

– Şanslar 50/50-dir. Razaqradda görəcəksiz ki, cütün taleyi necə olur.

 

– “Qarabağ” üstün olsa da, qol vuran siz oldunuz. Rəqibin hansı zəif cəhətlərindən istifadə edirdiz ki, qollar vururduz?

– “Qarabağ” daha çox hücum edirdi. Belə olanda da, bizim qol vurmağımız üçün imkan yaranırdı.

 

Futbolçunuz qırmızı vərəqə alaraq meydandan qovuldu. Hakimin qərarı ilə bağlı mövqeyiniz necədir?

– Bu haqda çox ətraflı danışmaq istəmirəm. Çox məyusam ki, futbolçumuzun ayağı iki tərəfdən sınıb.

 

Fasilədə futbolçularınıza nə dediz?

– “Qarabağ”ın çox futbolçusu hücuma gedirdi. Futbolçulara tapşırdım ki, bundan istifadə etsinlər.

 

Cavab matçında da ilk oyundakı kimi müdafiədə oynayacaqsız, yoxsa evdə daha çox hücumda oynayıb qalib gəlməyə çalışacaqsız?

– Hələ heç nə bitməyib. Davamı Razqradda olacaq.

 

Kayo və Tekpeteyin yoxluğu sizin üçün nə dərəcədə ciddi itkidir?

– İki futbolçunun olmaması bizim üçün itkidir. Qərarı Bolqarıstandakı matçda verəcəyik.

 

– “Qarabağ” avrokuboklarda səfərdə çox qol vurur. Bu statistika sizin üçün təhlükəli gəlmir?

– Strategiyanı açıqlaya bilmərəm. Amma gərək ağıllı olsunlar ki, qalib gəlsinlər.

 

Qurban Qurbanov Avropada feyr-pley mükafatı alıb. Sizcə, komandanız bu cür komandaya qarşı çox sərt oynamadı? 

– Məncə, heç bir sərt oyun yox idi. Bu futboldur. (Sportal.az)

Tacxeber.com

Oxşar xəbərlər