Gürcüstan prezidenti Saakaşvilini əfv etməyə hazırlaşır: Siyasi ittifaqın nəticəsi
Gürcüstan Prezidenti Salome Zurabişvili ölkənin keçmiş dövlət başçısı Mixail Saakaşvilini əfv etmək planını nəzərdən keçirir. Məlumata görə, bu qərarın arxasında Zurabişvili ilə Saakaşvilinin Vahid Milli Hərəkat Partiyası arasındakı siyasi ittifaq dayanır.
Tacxeber.com oxu.az-a istinadən xəbər verir ki, bunu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili jurnalistlərə açıqlamasında bildirib.
O, həmçinin, qeyd edib ki, bütün bunların əfvlə bağlı öz öhdəlikləri var.
Xatırladaq ki, 2023-cü ildə parlament Gürcüstan konstitusiyasını pozduğuna görə Zurabişvilinin impiçmentinə səs verərkən məhz Milli Hərəkat Partiyası ona dəstək olmuş və qərarın əleyhinə səs vermişdi. Bu addım Zurabişviliyə öz postunu qorumağa imkan vermişdi.
Mixail Saakaşvili 2004-13-cü illərdə Gürcüstana rəhbərlik edib və ölkədə bir sıra islahatlar həyata keçirib. Lakin onun hakimiyyəti dövründə müxalifətə qarşı sərt tədbirlər görülməsi və insan haqları pozuntuları ilə bağlı iddialar olub. 2013-cü ildə hakimiyyəti tərk edən Saakaşvili hazırda Gürcüstanda məhkum həyatı yaşayır.