• 20 Sentyabr 2024 15:44

“Hakimlərin rəqib komandaya qarşı simpatiyası var idi” – Qurban Qurbanov

 

“1:2 hesablı məğlubiyyət hər şeyin bitdiyi anlama gəlmir”.

 

Tacxeber.com Oxu.az-a istinadən xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Bakıda Bolqarıstan təmsilçisi “Ludoqorets”ə qarşı keçirdikləri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

 

Mütəxəssis qarşılaşmanı dəyərləndirib:

 

“Məğlub olmuşuq. O demək deyil ki hər şey bitib. Səfərdə daha səliqəli oynamaq lazımdır. “Ludoqorets”in keyfiyyətli oyunçuları var. Öz komandamı da zəif saymıram. İndi rəqibi daha yaxından tanıdıq. Hakimlərin qərarlarına gəldikdə isə rəqibə qarşı simpatiyaları var idi. Rəqibə verilməli olan vərəqələr bizə verilirdi”.

 

Qeyd edək ki, cavab görüşü avqustun 13-də “Ludoqorets Arena”da gerçəkləşəcək.

Tacxeber.com

Oxşar xəbərlər