“Dronlar sayəsində düşmən üzərində strateji üstünlük əldə etmişik” – Zelenski
“Ukrayna Silahlı Qüvvələri dronların sayına görə düşməni üstələyib…”
Ukrayna prezidenti Vladimir Zelenski Ukraynada dron istehsalının böyük perspektivləri olduğunu bəyan edib. İyul ayında Ukrayna Silahlı Qüvvələri düşmənə nisbətən daha çox dron tətbiq edib.
Tacxeber.com xəbər verir ki, bu barədə Ukrayna prezidenti axşam müraciətində məlumat verib.
Dövlət başçısı o cümlədən pilotsuz uçuş aparatlarından dəqiq istifadə etməklə var qüvvələri ilə düşməni məhv edən hərbçilərə minnətdarlıq edib.
“Ukraynanın müdafiə və təhlükəsizlik qüvvələri bu sahədə üstünlük əldə edir, iyul ayında döyüşçülərimiz işğalçılardan daha çox dron tətbiq edib. Bu meyl cəbhədəki bölmələrimizdə olan bütün növ dronlar üzrə dayanıqlı olmalıdır. Bu, FPV-dən o cümlədən müharibəyə Ukraynanın maraqları baxımından strateji cəhətdən artıq təsir edən uzaqvuran dronlaradək hamısına aiddir”, – Zelenski deyib.
Onun sözlərinə görə, Ukraynanın dronlarla bağlı liderliyi müharibənin ədalətli sonluğunu yaxınlaşdırmaqla yanaşı, Ukraynanı başqa dövlətlər üçün təhlükəsiz tədarükçüyə çevirəcək.
Prezident məlumat verib ki, bu il bizim dron istehsalçılarımıza bir milyon dronlar müqaviləsi bağlanıb, lakin ilin yekunlarına görə onların sayı daha da çox olacaq.
“Biz bütün detalları hazırda açıqlamırıq, lakin bizim dron istehsal etmək imkanlarımız daha da çoxalır, biz təkcə dövlət maliyyələşməsi ilə deyil, həm də öz tərəfdaşlarımızla işləyirik”, – Zelenski qeyd edib.
Xəbər verildiyi kimi, bu günlərdə “Forbes” nəşri məlumat verib ki, Ukrayna ilk dəfə olaraq Rusiyaya nisbətən daha çox uzaqvuran dronlar buraxıb. Nəşrin məlumatına görə, iyul ayında Rusiya “Shahed” tipli 426 dron buraxıb. Həmin dövrdə Ukrayna 520-dən çox dron zərbəsi endirib.