• 24 Noyabr 2024 07:06

Hücuma hazırlaşan İrana sərt xəbərdarlıq: “Bədəli ağır olacaq”

İranın İsrailə hücum təhdidləri qarşısında BMT-nin susması nasistlərin Holokosta qərar verdiyi vaxt qlobal səssizliyə bənzəyir.

 

Bunu İsrailin BMT-dəki səfiri Gilad Erdan deyib.

“İran və proksiləri hər tərəfdən bizə hücum etməklə hədələyirlər. Bizə zərər verməyə çalışanlar bilməlidirlər ki, bundan çəkinməyəcəyik. Bilməlidirlər ki, bunun bədəlini ağır ödəyəcəklər və bizim uzun qolumuz hər yerdə onlara çatacaq.

 

Bu gün İran açıq şəkildə İsraili cəzalandırmaqla hədələdiyi bir vaxtda BMT yenidən susur. İran bu susqunluğu milyonlarla israilliyə hücum hazırlığını davam etdirmək üçün yaşıl işıq kimi başa düşür. Hazırda gözləyən milyonlarla insan var”, – israilli diplomat qeyd edib.

 

Erdan əlavə edib ki, BMT-nin İrana qarşı hazırkı səssizliyi 1942-ci ildə nasistlərin son qərarını verdiyi Vannasi Konfransından sonra qlobal sükutu xatırladır: “Onlar bu susqunluğu milyonlarla yəhudinin qətlinə yaşıl işıq kimi başa düşmüşdülər”.

 

İsrail rəsmisi beynəlxalq təşkilatı ikiüzlülükdə ittiham edib. (Teleqraf)

Tacxeber.com

Oxşar xəbərlər