• 20 Sentyabr 2024 11:25

Elzanın rəqibləri – Deputat, milyonçu iş adamı… – FOTO 

Xəbər verdiyimiz kimi, Əməkdar artist Elza Seyidcahanın sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirakı rəsmiləşib. Onun namizədliyi 23 saylı Nəsimi-Səbail seçki dairəsindən qeydə alınıb. 

 

Hal-hazırda həmin dairənin seçicilərini Milli Məclisdə 84 yaşlı akademik Ziyad Səmədzadə təmsil edir.

Z.Səmədzadə yenidən namizədliyini irəli sürüb.

 

23 saylı Nəsimi-Səbail seçki dairəsində  hakim Yeni Azərbaycan Partiyasının (YAP) namizədi isə 35 yaşlı Elnur Rəhimovdur.

“Yeni Sabah” bildirir ki, Elnur Rəhimov siyasi çevrələrdə o qədər də tanınmır. Onun məşhurluğu YAP-ın sərhədlərindən o yana keçmir, amma atası Fidail Rəhimov ölkədə kifayət qədər tanınmış iş adamlarından biridir. O, uzun müddətdir ki, “Bakı Tikiş Evi” ASC-yə sədrlik edir. Rəhimovun böyük biznes imperiyasına sahib olduğu bildirilir.

 

Analitiklər atsının geniş əlaqələrinə rəğmən Elnur Rəhimovu hakim partiyanın “qurban” verməyə hazırlaşdığı namizədlərin kateqoriyasına daxil edirlər. Bu baxımdan Elnur Rəhimovun Elza Seyidcahana ciddi rəqib kimi qiymətləndirilmir.

Müşahidəçilərin fikrincə, bu dairənin favoriti hazırki deputat Ziyad Səmədzadədir. Hər hansı sürpriz baş verməsə, 84 yaşlı akademik sentyabrın 1-dən sonra yenidən 23 saylı Nəsimi-Səbail seçki dairəsinin deputatı kimi Milli Məclisdə fəaliyyətini davam etdirəcək.  (Yenisabah)

Tacxeber.com

Oxşar xəbərlər