Keçmiş cəbhəçi Əli Kərimlini məhkəməyə verdi
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli Məhkəməyə verilib.
Tacxeber.com xəbər verir ki, bu barədə Ə.Kərimli sosial şəbəkədə məlumat yayıb.
O bildirib ki, barəsində xüsusi ittiham qaydasında cinayət işi başladılıb:
“İş üzrə məhkəmənin hazırlıq iclası 13 avqust saat 11:00-da Nəsimi Rayon Məhkəməsində olacaq. Məhkəmədən mənə göndərilmiş bildirişdə xüsusi ittihamın kim tərəfindən qaldırıldığı yazılmayıb”.
AXCP sədri elektron məhkəmə portalında şikayətçinin kimliyinin göstərilmədiyini deyib: “Sadəcə o qeyd olunub ki, xüsusi ittiham Cinayət Məcəlləsinin şəxsiyyətin azadlığı və ləyaqəti əleyhinə olan cinayətlər bölümü ilə əlaqədar qaldırılıb”.