• 25 Noyabr 2024 14:57

Türkiyədə “TikTok” da bağlanacaq?

 

Türkiyədə “Instagram”a girişin bloklanmasından sonra hakimiyyətin “TikTok”-u da bloklamaq niyyətində olub-olmaması ictimai səviyyədə müzakirə olunur.

 

Tacxeber.com “TRT Haber”ə istinadən xəbər verir ki, Türkiyə hakimiyyətinin hazırda “TikTok”-u bloklamaq planları yoxdur.

 

Türkiyənin nəqliyyat naziri Abdulkadir Uraloğlu bəyan edib ki, hökumətin məqsədi Türkiyədə fəaliyyət göstərən xarici sosial saytlarının Türkiyə qanunvericiliyinə uyğun olmasını təmin etməkdir.

 

O, həmçinin bildirib ki, çoxlu tənqidlər var, təbii ki, “TikTok”un məzmunu ilə bağlı da.

Tacxeber.com

Oxşar xəbərlər