Ukrayna Kursku bu məqsədlə tutub- SENSASİON AÇIQLAMA
“Ukrayna qoşunlarının Rusiyanın Kursk vilayətinə daxil olmasından sonra Rusiya qüvvələrinin Ukraynadakı irəliləyişləri dayanıb”.
Musavat.com bildirir ki, bu barədə siyasi şərhçi Aqşin Kərimov bildirib.
Onun sözlərinə görə Ukraynanın məqsədi Rusiya ərazilərini nəzarətdə saxlamaqla mümkün danışıqlarda Kremllə ərazi mübadiləsinə nail olmaqdır.
“Yəni danışıqlarda Ukrayna şərt irəli sürür ki, o, Kurskda nəzarətə götürdüyü yerləri qaytarır, Rusiya isə əvəzində Ukraynanın ərazilərindən bir qismini boşaldır.
Yaxşı düşünülüb, ağıllı gedişdir, amma ərazi mübadiləsi ilə bağlı praktiki nəticələr tez bir zamanda nəzərə çarpan deyil. Ümumiyyətlə, bu planın baş tutması Ukrayna qoşunlarının Kurskda möhkəmlənə bilmək dərəcəsindən asılıdır ki, bu da mürəkkəb görünür.