Bu, Putini qəzəbləndirdi: eskalasiya qorxusu…
Ukrayna qoşunlarının Kursk vilayətində gözlənilməz əməliyyatı Kreml rəhbəri Vladimir Putini qəzəbləndirib.
Bu barədə “Hill” məlumat yayıb.
Məqalədə bildirilib ki, Putin işğalı “böyük təxribat” adlandırıb:
“Bu, Kremlin təkcə Ukraynaya qarşı müharibədə deyil, həm də Kiyevin əsas dəstəkçisi ABŞ-la münasibətlərdə potensial eskalasiya qorxusunu artırıb”.
GLOBSEC analitik mərkəzinin siyasət və proqramlar üzrə vitse-prezidenti Yelena Kudzko qeyd edib ki, hücumun necə davam edəcəyi bəlli olmasa da, Ukrayna Rusiya ərazisinə girərək “müharibə rəvayətini” uğurla dəyişib: