Paris-2024 Yay Olimpiya Oyunlarında gümüş medal qazanan Azərbaycan boksçusu Alfonso Dominqesin İnstaqram hesabında qalmaqallı paylaşım edib.
Sosial şəbəkənin “hekayələr” bölməsinə yerləşdirilən qısa mətndə idmançı onu tənqid edənlərə belə cavab verib:
“Bəli, bilirəm ki, mən əcnəbiyəm, amma mən Azərbaycanı sizdən qat-qat çox təmsil edirəm. Azərbaycan bayrağını yüksəklərə qaldırmışam, sizin ölkəniz üçün etmədiyinizi edirəm. İndi özünüzdən soruşun ki, ölkəniz üçün nə etmisiniz, heç nə. Tamam, tamam, tamam…”.