İran Tehran üzərində hava məkanını bağladı
İran hökuməti Tehran üzərində hava məkanını uçuşlara bağlı elan edib və bunu hərbi təlimlər çərçivəsində baş verəcək atışmalarla əlaqələndirib.
Tacxeber.com xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb.
Məlumata görə, İran hökuməti avqustun 11-dən 14-dək Tehran yaxınlığındakı Həmədan aviabazasının ərazisində uçuşları qadağan edən yeni sərəncam verib.