“Rabitəbank” da işçi axtarır
“Rabitəbank” Açıq Səhmdar Cəmiyyətinə işçi tələb olunur.
Aparıcı/Baş software tester
Tam ştat. Müraciət et
Təsvir
“Rabitəbank” ASC Rəqəmsal sistemlərin inkişafı departamenti Aparıcı/ Baş software tester vəzifəsinə işə qəbul elan edir.
Ölkənin ən iri banklarından biri olan “Rabitəbank” ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.
Vəzifə öhdəlikləri:
Biznes proseslərin manual testinin avtomatlaşdırılması;
Servis testlərinin icra edilməsi;
Manual testlərin icra edilməsi;
Test keys və Test planın hazırlanması;
Test avtomatlaşdırılan proseslərin monitorinqinin həyata keçirilməsi;
Servis testlərinin avtomatlaşdırılması;
Test alətləri və metodologiyaları ilə tanışlıq.
Tələblər
Bank prosesləri sahəsində iş təcrübəsi(arzu olunandır);
C# və Oracle üzrə işləmək bacarığı(arzu olunandır) ;
QA(Manual – Avtomatlaşdırılma) Test sahəsi üzrə biliklər;
CI sahəsi üzrə Jenkins ve ya TeamCity üzrə biliklər;
Postman və SOAPUI üzrə biliklər;
·Selenium və Appium üzrə biliklər;
·Git və CI/CD prosesləri kimi mənbə idarəetmə sistemləri ilə işləmək bacarığı.
Vakansiya haqqında
Son tarix
sentyabr 18, 2024
Vakansiya növü
Tam ştat