Pezeşkian üçün mühüm gün və Zərifin istefası
Bu gün İranın yeni prezidenti Məsud Pezeşkian parlamentə nazirlərin siyahısını təklif edəcək.
Tacxeber.com Armane Melli-yə istinadla xəbər verir ki, siyahı təqdim edilməzdən əvvəl Məhəmməd Cavad Zərifin strateji məsələlər üzrə vitse-prezident vəzifəsindən istefa verməsi barədə şayiələr peyda olub.
“Görünür, istefa Pezeşkianın siyahısına etirazdır”, – deyə X-də gedən müzakirələrdə qeyd olunur.