Putin yox olur, Rusiya bölünür, Kadırov çeçenləri… – Şok
Kurska hücum Putin rejiminin fəlakətə doğru irəliləməsinin ilk addımı idi.
Tacxeber.com Globalinfo.az-a istinadla xəbər verir ki, bunu rusiyalı politoloq Dmitri Oreşkin deyib.
“Putin rejiminin ideologiyası budur: “O, bizi qoruyan yeganə şəxsdir”. İndi aydın olur ki, o, yalnız özünü və siyasi ambisiyalarını qoruyur. Bu fikir artıq Rusiyanın ictimai fikrində özünə yer etməyə başlayır. Hətta hökumətin blogerləri belə soruşurlar ki, KTMT qoşunları haradadır?
İnsanları öyrədirdilər ki, biz İkinci Dünya müharibəsində qalib gəlmişik və indi də qalib gələcəyik. Əslində isə belə deyil. Ona görə ki, müharibədə biz yox, antihitler koalisiyası qalib gəlmişdi. Ora isə ABŞ da daxil olmaqla 20 ölkə üzv idi. İndi isə qalib gəlmək alınmayanda ictimai fikir günahkar axtarır”, – o bildirib.