“Deputat seçilsəm, maaşımı seçicilərimlə paylaşacağam” – Elza Seyidcahan vəd verdi – FOTO
Xəbər verdiyimiz kimi, deputat olmaq istəyənlərin arasında Əməkdar artist Elza Seyidcahan da var. Elza Seyidcahan deputat olarsa, hansı işlər görəcək?
Tacxeber.com xəbər verir ki, o, Demokrat.az-a açıqlamasında bildirib ki, görəcəyi ən yaxşı işlərdən biri maaşının seçiciləri ilə bölüşməsi olacaq:
“Deputat seçilsəm, hər ay maaşımın yarısını seçicilərimlə paylaşacağam. Pulsuz konsertlər verəcəm. Seçicilərimin toylarında hədiyyə kimi pulsuz oxuyacağam. Rəqiblərimlə hər zaman sağlam rəqabətdə olmuşam.