İki məşhur idmançımız Paris-2024-də qəsdən uduzub? – ŞOK
Paris Yay Olimpiya oyunlarında sərbəst güləş üzrə milli komandamızın üzvü Giorgi Meşvildişvili finala gedən yolda Gürcüstan təmsilçisi Geno Petriaşviliyə 0:7 hesabı ilə məğlub olub. Bundan başqa, boksçumuz Alfonso Dominqes final görüşündə özbəkistanlı Lazizbek Mullojonova 5:0 uduzub. Sosial şəbəkələrdə bu iki idmançının real performansından tamamilə uzaq döyüşdüyünü, qəsdən məğlub olduğunu iddia edənlər var.
Tacxeber.com bildirir ki, Globalinfo.az-a danışan tanınmış idman jurnalisti Natiq Muxtarlı sosial şəbəkələri “qeybət məkanı” adlandırıb:
“Azərbaycanı Olimpiya Oyunlarında təmsil edən legionerlərin qəsdən uduzması ilə bağlı iddia qeyri-ciddidir. Onlar niyə, hansı səbəbdən qəsdən uduzmalı idilər?! Qızıl medal qazansaydılar, Azərbaycandan külli miqdarda pul aparacaqdılar. Bəyəm, bura pul üçün gəlməyiblər? Təbii ki, pul üçün gəliblər. Elə isə bu puldan niyə imtina etməliydilər?
Boksçu Alfonso Dominqes qəsdən məğlub olsaydı, elə ilk döyüşdə həmyerlisinə – kubalı idmançıya məğlub olardı. Eyni iddianı elə yerli idmançılar haqqında da səsləndirmək olar”.
N.Muxtarlı qeyd edib ki, budəfəki turnir Azərbaycan idmanı üçün uğursuz oldu:
“İdmanımız demək olar ki, legionerləşdirilib, əcnəbiləşdirilib. Təbii ki, bu da insanlarda qıcıq yaradır. Onlar da əsəblərini belə iddialarla sakitləşdirmək istəyirlər.