Əli Kərimliyə qarşı şikayət icraata götürülmədi
AXCP sədri Əli Kərimliyə qarşı xüsusi ittiham qaydasında verilən şikayət üzrə məhkəmə prosesi keçirilib.
Tacxeber.com apa-ya istinadla xəbər verir ki, bu gün Nəsimi rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə keçirilən hazırlıq iclasında təqdim olunan sənədlər qaydasında olmadığına görə icraata götürülməyib.
Məhkəmənin hazırlıq iclası avqustun 19-dək təxirə salınıb.