• 24 Noyabr 2024 04:57

“Kremldə durum pisləşib, Putin çaşqın haldadır”

Rusiya Pokrovsk, Toretsk və Çasiv Yara (Ukrayna) göndərməli olduğu ehtiyat qüvvələri Kursk vilayətinə yönəltməyə məcbur olub.

 

Bunu Ukrayna ordusunun ehtiyatda olan mayoru Aleksey Hetman deyib.

Hetman hesab edir ki, Ukraynanın Kurska hücumu güclənsə, ruslar buna cavab olaraq ölkəsindəki qüvvələrinin bir hissəsini çıxaracaqlar.

 

“Şərq cəbhəsindəki qoşunları gücləndirə bilməyəcəklər, çünki artıq məlumat var ki, Pokrovsk, Çasiv Yar və Toretskə köçürülməsi planlaşdırılan ehtiyatlar artıq Kurska göndərilir”, – mayor bildirib.

 

Zabit hesab edir ki, Rusiyanın bu qərarı Ukraynanın şərqində döyüşən qoşunlarını zəiflədir.

“Kursk əməliyyatı Rusiya üçün gözlənilməz oldu, çünki Ukrayna buna gizli şəkildə hazırlaşıb. Artıq güman etmək olar ki, bu, uğurlu oldu”, – Hetman əlavə edib.

 

Eyni zamanda, Hetman bu əməliyyatın məqsədlərini açıqlayıb:

“İlk növbədə, bu, rusların öz qoşunlarını Sumı vilayəti istiqamətində toplamasına mane olmaqdır. Bu istiqamətdə hücuma hazırlaşmaları barədə məlumat vardı. Bu, Xarkov əməliyyatına bənzər bir şey olmalıydı. Amma biz bu planı əks-hücumla pozduq”.

 

O əlavə edib ki, Ukrayna ordusu Rusiyada azı 1000 kvadratkilometr əraziyə nəzarət edir:

“Bu, Ukrayna hərbi qüvvələrinin rusların Sumı vilayətinə hücumunun qarşısını aldığını sübut edir.

 

İkincisi, bu, Rusiya qoşunlarının diqqətini yayındırmaq və onları Kurska üz tutmağa məcbur etməkdir”.

Hetman üçüncü məqsədin Rusiya hərbi texnikaları və canlı qüvvəsini məhv etmək olduğunu bildirib.

 

Eyni zamanda, o əlavə edib ki, indi Rusiyada siyasi vəziyyət xeyli pisləşib: “Putinin nə qədər çaşqın halda olduğunu görürük. Bundan sonra nə olacağını görəcəyik”.

Müəllif: Mənsur Rəğbətoğlu

Tacxeber.com

Oxşar xəbərlər