Onkoloji xəstəliklərlə bağlı müayinələr tibbi sığorta zərfinə daxildir – VİDEO
Onkoloji xəstəliklərlə bağlı müayinələr icbari tibbi sığorta zərfinə daxildir.
Tacxeber.com xəbər verir ki, funksional diaqnostika, şüa diaqnostikası, laborator və endoskopik müayinələr və testlər icbari tibbi sığorta zərfi vasitəsilə bir sıra dövlət müəssisələrində aparılır.
Bu müayinələr vasitəsilə xəstəliklərin dəqiq diaqnostikasını aparmaq, orqanların funksional vəziyyətini və daxili strukturlarını qiymətləndirmək, kimyəvi və fiziki prosesləri öyrənmək, o cümlədən daxili orqanları vizual olaraq müayinə etmək mümkündür.
İcbari tibbi sığortanın tətbiqindən isə ixtisaslı həkim müayinəsindən sonra yararlanmaq mümkündür.
İcbari tibbi sığortanın tətbiqi xəstəliklərin erkən mərhələdə aşkarlanmasına, vətəndaşın vaxtında müalicəyə cəlb olunmasına və əhalinin ümumi sağlamlıq vəziyyətinin yaxşılaşdırılmasına yönəlib.
Mövzu ilə bağlı daha ətraflı Xezerxeber.az-ın videomaterialında: