Sünnət edilən azyaşlı uşağın cinsi orqanı qanqren oldu – FOTO
Türkiyədə sünnət edilən 7 yaşlı uşağın cinsiyyət orqanı qanqren olub.
Tacxeber.com NTV-yə istinadla xəbər verir ki, hadisə Kayseridə baş verib.
18 iyulda Y.B. 2-ci sinifdə oxuyan 7 yaşlı övladını sünnət etdirmək üçün sağlamlıq kabinetinə aparıb.
Burada çalışan səhiyyə işçisi H.Ç. sünnət üçün 3 min 500 lirə pul istəyib. Pul razılaşdırıldıqdan sonra Səhiyyə Nazirliyinin qadağasına baxmayaraq, sünnət sağlamlıq kabinetində həyata keçirilib.
İddiaya görə, səhiyyə işçisi sünnətdən sonra 24 saat nəzarətdə qalmalı olan uaşğı evə göndərib.
Sünnətdən sonra qanqren olduğundan azyaşlının cinsi orqanı kəsilib.
“24 saatdan sonra sarğı çıxarılmalı idi. Bilmədiyimiz üçün çıxarmadıq. Bu səbəbdən şişlik və göyərmə əmələ gəldi” – azyaşlının atası deyib.
Atanın sözlərinə görə, sünnət edən səhiyyə işçisi ilə 3 gün sonra əlaqə yarada biliblər. O isə valideynlərə azyaşlının sarğısını açmağı və soyuq suda oturtmağı məsləhət görüb və şişliklərin normal olduğunu deyib.
Ata Y.B-nin sözlərinə görə, tibb işçisi onun oğlunu hədələyib:
“Mən işdə olanda evə gələn bacım göyərməni gördüyü üçün sağlamlıq kabinetinə aparıb. Tibb işçisi H.Ç. bandajı oğlumu çığırda-çığırda açıb. Səhər yenidən oraya getdik. Yenə heç nə olmadığını, uşağın naz elədiyini deyib “evdə qoy, işinə get” dedi. Oğlumu isə “atana heç nə demə, yoxsa kökündən kəsərəm” deyərək qorxudub. Mən də uşaq həkiminə gedəcəyimi, onu şikayət edəcəyimi söylədim. Bundan sonra bizi maşınla öz tanışı həkimin yanına göndərdi. Xəstəxanaya gedəcəyimiz vaxt isə bizə tapşırdı ki, polis sünnəti kimin etdiyini soruşsa, yoldan keçən birinə etdirdiyimizi deyək. Xəstəxanada oğlumun qanqren olduğunu öyrəndik. Cinsi orqanı cərrahi əməliyyatla kəsildi. 3 dəfə cərrahi əməliyyat olundu. Günlərdir reanimaiyadadır, həyati təhlükəsi davam edir.
Səhiyyə Nazirliyi xəstəxanalardan kənar yerdə sünnət edilməsinə qadağa qoyub. Bilmirdim. H.Ç. oğlumun gələcəyini məhv etdi. Şikayət edəcəyəm”.
Ailə azyaşlı uşağı sünnət edən tibb işçisini hüquq-mühafizə orqanlarına şikayət edib.