“Ukrayna Rusiyanın 1000 kvadrat kilometr ərazisinə nəzarət edir” – Aleksandr Sırski
“Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində əməliyyatı davam edir. Hazırda Ukrayna Rusiya Federasiyasının təxminən 1000 kvadrat kilometr ərazisinə nəzarət edir”.
UNİAN xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski Baş Qərargahın iclasında bildirib.
Ukrayna Prezidenti Vladimir Zelenski isə qeyd edib ki, onlar bütün əsgərlərə və komandirlərə göstərdikləri mətanətə və qətiyyətli hərəkətlərinə görə minnətdardılar.