40 yaşdan yuxarı hər kəs içsin – Sağlamlıq iksiri
Damarları və qanı təmizləyir…
40 yaşdan sonra bir çox insan yorğunluq, halsızlıq, mütəmadi baş ağrıları, təzyiq problemləri ilə rastlaşır. Ürək və damar tutulmaları da bu yaşdan sonra üzə çıxır. Bunlar damarların tıxanmasında və xolesterin qalıqlarından qaynaqlanır. Qan damarları normal vəziyyətdə olmayan insanın bütün sistemləri sıradan çıxır.
Bu yaşdan sonra hər bir kəsin içməli olduğu xüsusi resepti təqdim edirik. O, sizin damarlarınızı və qanınızı təmizləyəcək.
Lazımdır: Kaqor şərabı, kök şirəsi, ağ turp şirəsi, limon şirəsi, çuğundur şirəsi, su və təbii bal – 200 ml. Sarımsaq – 15 diş.
Hazırlanması: Kök, turp, limon, çuğundurun şirəsi sıxılır və hamısı bir qabda qarışdırılır. Bura qırmızı kaqor və bal qatılır və bankada soyuducuya qoyulur. Hər gün 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl 2 xörək qaşığı qəbul edilir.
Bir kurs 45 gündür. Hazırladığınız qarışım bu müddətə bəs edəcək.