• 24 Noyabr 2024 18:25

“Putin müşavirə zamanı əsəbiləşir, əllərini ovuşdurur, elə hey ətrafa boylanırdı…” – “Bild” nəşri Ekskluziv

“USQ-nin Kursk vilayətinə hücumu həm Rusiya ordusu, həm də Kreml rəhbərliyi üçün şok yaşadıb…”

 

Avqustun 12-də qubernator və digər əsas məmurların iştirakı ilə Kursk vilayətində vəziyyətlə bağlı keçirilən müşavirə zamanı Rusiya prezidenti Vladimir Putinin narahatlığı diqqəti cəlb edib.

 

 

Bu barədə “Bild” nəşri yazıb.

Nəşr qeyd edir ki, Putin müşavirə zamanı çox gərgin olub, tez-tez əllərini ovuşdurub, öz qeydlərinə diqqət yetirib və elə hey ətrafa boylanıb.

 

Putinin belə davranışı onun bu cür tədbirlərdə adətən “mülayim” davranışından xeyli fərqlənib.

Bu, onu göstərir ki, Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə hücumu həm Rusiya ordusu, həm də Kreml rəhbərliyi üçün şok yaşadıb.

 

“The Moscow Times” nəşri öz mənbələrinə istinadən məlumat verib ki, bu gözlənilməz hadisə Kremldə ciddi narahatlıq yaradıb.

Mənbələr qeyd edib ki, Rusiya rəhbərliyi Ukrayna qoşunlarının belə riskli addım atacağını və 1000 kv. km-dən artıq ərazini ələ keçirəcəyini, xeyli sayda rusiyalı əsgəri əsir götürəcəyini hətta güman edə bilməyib.

 

Nəticədə Putinin əhvalı xeyli pisləşib, bu da onun hərbçilər və güc strukturlarının nümayəndələri arasında öz nüfuzuna görə artan həyəcanı ilə bağlıdır.

Kreml məmurlarının birinin sözlərinə görə, Rusiya ordusunun Ukrayna qoşunlarını Kursk vilayətindən sıxışdırıb çıxara bilməmək qabiliyyəti təkcə regionun təhlükəsizliyi üçün deyil, həm də dinc əhalinin həyatı üçün həyəcan doğurur.

 

Belə vəziyyət əvvəllər qələbənin qaçılmaz olduğunu bəyan edən Rusiya hakimiyyəti üçün xüsusilə ağrılıdır, çünki həm rusiyalılar, həm də Kremlin daxilində buna artıq şübhə ilə yanaşılır. (Moderator)

Tacxeber.com

Oxşar xəbərlər