“Qarabağ” rəqibi əlavə vaxtda darmadağın etdi.
“Qarabağ” Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində cavab oyununa çıxıb. Ağdam klubu Bolqarıstan “Ludoqorets”i ilə səfərdə qarşılaşıb. Qurban Qurbanovun yetirmələri tarixində 3-cü dəfə Çempionlar Liqasının pley-offunda oynamaq hüququ qazanıblar.
İlk matçda Bakıda rəqibinə 1:2 hesabı ilə uduzan Qurban Qurbanovun komandası cavab görüşündə 7:2 hesablı möhtəşəm qələbə qazanaraq tarixində 3-cü dəfə ÇL-in pley-offuna yüksəlib. Ağdam təmsilçisi buna qədər 2 dəfə ÇL-də pley-offda oynayıb. Komanda eyni zamanda ən pis halda Avropa Liqasında Liqa mərhələsinə vəsiqəni təmin edib.
“Qarabağ” ÇL-in pley-off mərhələsində Zaqreb “Dinamo”su (Xorvatiya) ilə üz-üzə gələcək.
Qeyd edək ki, pley-off görüşləri 20-21 və 27-28 avqust tarixlərində keçiriləcək.
UEFA Çempionlar Liqası
3-cü təsnifat mərhələsi, cavab oyunu
13 avqust
22:00. “Ludoqorets” (Bolqarıstan) – “Qarabağ” (Azərbaycan) – 2:7
Qollar: Juninyo, 7 (0:1), Kvadvo Dua, 13 (1:1), 23-pen. (2:1), Yassin Benzia, 45+1-pen. (2:2), Patrik Andrade, 45+5 (2:3), Toral Bayramov, 93 (2:4), Redon Cica, 110 (2:5), Patrik Andrade, 112 (2:6), Yassin Benzia, 118 (2:7)
Hakimlər: Simone Sozza, Giorgio Peretti, Davide İmperiale, Matteo Marchetti
VAR hakimləri: Gianluca Aureliano, Marco Serra (Hakimlər briqadası İtaliyadandır)
“Ludoqorets Arena”