Qarpız böyrəkləri təmizləyirmi?
“Qarpız yeyin, böyrəkləniz daşdan, qumdan təmizlənsin” fikri tibbi baxımdan doğrudurmu? Həqiqətən də təkcə qarpızla böyrəklərə dəstək verə bilərik?
Tacxeber.com Medicina.az-a istinadən xəbər verir ki, nefroloq-həkim Olqa Azarenko qarpızın böyrəklərə faydası və zərərindən danışıb.
“Ümumiyyətlə, hər hansı bir orqanı təmizləmək tibbi baxımdan düzgün fikir deyil. Çünki böyrək özü özünü təmizləyən orqandır. Böyrəklər qanı, orqanizmi son maddələrdən, tullantılardan, toksik birləşmələrdən, dərman qallıqlarından təmizləyir.