Şoyqu gecə ikən İrandan Bakıya buna görə gəlib – Erməni KİV
HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsindən sonra İrana gedən Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu orada təhlükəsizlik səbəbindən qalmayıb.
Tacxeber.com Globalinfo.az-a istinadən xəbər verir ki, bu iddia ilə Ermənistanın “Hraparak” qəzeti çıxış edib.
Nəşr yazır ki, S.Şoyqu Haniyənin öldürülməsindən sonra İran Prezidenti ilə danışıqlar üçün avqustun 5-i Tehrana səfər edib. Həmin gün Prezident Məsud Pezeşkianla görüşüb və dərhal İranı tərk edib.
İddiaya görə, Şoyqu sui-qəsdə məruz qalan Haniyənin ölümündən sonra Tehranda qalmaq istəməyib. Onun bu səbəbdən həmin gün səfəri bitirib Azərbaycana yola düşdüyü deyilir.