HƏMAS rəhbəri Haniyənin oğlu faciənin sirrini açdı
İyulun 31-də Tehranda “güclü” mühafizə olunan qonaq evində qətlə yetirilən HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin oğlu Əbdüssalam Haniyə atasının mobil telefonunun izini müəyyən edən raketlə hədəfə alındığını açıqlayıb.
Bu barədə Tacxeber.com “Azad İran” “Telegram” kanalına istinadən xəbər verir.
“İdarə olunan raket atamın otağında başının yanında olan mobil telefonunu izləməklə istiqamətləndirilib. Məncə, otaqda bomba olması ilə bağlı yayılan xəbər heç də həqiqətə uyğun deyil. Mühafizəçilər və digər müşavirlər atamın otağından cəmi bir neçə metr aralıda olublar, ona görə də aydındır ki, bomba olsaydı, bütün bina partlayardı”, – deyə o, bildirib.