• 24 Noyabr 2024 11:35

Afət Fərmanqızı həyat yoldaşından boşanır: səbəbini açıqladı

 

Müğənni Afət Fərmanqızı həyat yoldaşı Mamed Nanacanovdan boşanır.

 

Tacxeber.com xəbər verir ki, müğənni bu barədə özü paylaşım edib.
O bildirib ki, ayrılıqlarına səbəb zaur Nəbioğlunun “Rəngarəng səhər” verilişində həyat yoldaşının fotosunun efirə verilməsi olub:

 

“Ay yarım əvvəl mən Zaurun verilişinə qonaq gedəndə oğlumun atasının şəklini efirə verdilər. Həmin gün verilişdə də dedim ki, bundan sonra biz boşanacağıq. Bilirəm ki, o adam belə şeyləri qəbul etmir. Qəbul etməməyi bir yana, veriliş bitən kimi mənə zəng elədi ki, sən etdirmisən, sən düzüb qoşmusan.
Bu söz mənə çox pis təsir etdi və düşündüm ki, məni yəqin düz tanımayıb. Zaurun nömrəsini verdim ki, yığ özünən soruş. Zaurun da heç xəbəri yoxdur. Bilmirəm indi, mənə dediyindən peşmandır ya yox. Amma düşünürəm ki, bu, mənə qarşı haqsızlıqdır. Onu bağışlamağı düşünmürəm, amma düşmən deyilik, burdan salam söyləyirəm. Ümumiyyətlə mənim həyatda düşmənim yoxdur. Rəsmi boşanmaq üçün də müraciət edəcəm. Bu saatdan sonra rəsmi qalsın istəmərəm. Dost qalmağı seçdik. Həmin verilişə də baxın. Mənim bir qram günahım yoxdur. Verilişi hazırlayanlar da Allah şahididir ki, mənim xəbərim olmayıb”, – deyə ifaçı söyləyib.

 

Qeyd edək ki, bu, Afət Fərmanqızının ikinci evliliyidir. O, 2022-ci ildən Rusiyada yaşayan azərbaycanlı Mamed Nanacanovla ailəlidir. İlk evliliyindən isə bir oğlu var.

Tacxeber.com

Oxşar xəbərlər